RU

Azərbaycana idxal edilən düyü 10%-ə yaxın ucuzlaşıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 33 milyon 585 min dollar dəyərində 35 min 544 ton düyü idxal edilib.

Bakues.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 26.9% və ya 12.3 milyon ABŞ dolları, həcm baxımından isə 19.1% və ya 8419 ton azalıb. Ötən ilin yanvar-iyul aylarında Azərbaycana 45 milyon 916 min dollar dəyərində 43 min 963 ton düyü idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana əsasən Hindistandan, Pakistandan və Qazaxıstandan idxal edilən düyünün 1 kiloqramının orta idxal qiyməti illik müqayisədə 9.6% azalaraq 1.61 manat təşkil edib.

Xatırladaq ki, bu ilin ilk yeddi ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,43%-nə bərabər olub.

Избранный
19
4
icma.az

5Источники