RU

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlandı

2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir.

Bu barədə Heftelik.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Beynəlxalq və Respublika Olimpiadalarında Nailiyyətlər

Nəticələrə əsasən, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

ADA Universitetinə Qəbul: SAT və Məktəb Məzunları

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 676 abituriyent ADA Universitetinə qəbul olunub.

Aşağıdakı cədvəllərdə müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla daha ətraflı tanış ola bilərsiniz.

Müsabiqədənkənar qəbul olunanların ixtisasları

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB Diploma Programme) üzrə qəbul olunanların sayı və qəbul olunduqları ixtisaslar

 

Say (nəfər)İxtisasın kodu
1121337 Ö/Ə
1121337 DS
4131121 Ö/Ə
1131179 Ö/Ə
1131195 DS
2131235 Ö/Ə
6131276 Ö/Ə
1131284 DS
2131292 Ö/Ə
5131324 Ö/Ə
4131332 Ö/Ə
4131357 Ö/Ə
1131381 Ö/Ə
2141125 Ö/Ə

 

SAT imtahanı nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunanların sayı və ixtisasları

Say (nəfər)İxtisasın kodu
70131121 Ö/Ə
71131332 Ö/Ə
63131179 Ö/Ə
59131349 Ö/Ə
55131276 Ö/Ə
39131324 Ö/Ə
34131243 Ö/Ə
33131187 Ö/Ə
32131373 Ö/Ə
31131365 Ö/Ə
30131227 Ö/Ə
29131381 Ö/Ə
26131146 Ö/Ə
28131357 Ö/Ə
23131235 Ö/Ə
20131268
18131154 Ö/Ə
7131219 Ö/Ə
5131292 Ö/Ə
3131251

 

Beynəlxalq və respublika fənn olimpiadaları qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Say (nəfər)İxtisas kodu
1111188 Ö/Ə
1111463 DS
2111666 DS
3111699 DS
2112127 DS
1112346 DS
1112379 DS
1112573 DS
4112598 DS
1127937 DS
2129284 DS
29131113 DS
2131121 Ö/Ə
1131138 DS
6131154 Ö/Ə
3131162 DS
4131195 DS
3141117 DS
1141158 DS
14141174 DS
1141199 DS
1152288 DS
1152328 DS
3152352 DS
1158177 DS
1175713 DS

 

Beynəlxalq idman yarışların qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

 

Say (nəfər)İxtisas kodu
4122325 DS
33137157 DS
1137246 DS
1137498 Ö/Ə
1137498 DS
3137554 DS
1137579 DS
1137587 DS
7137595 DS
4137619 DS
1137635 DS
1137643 Ö/Ə
9137651 DS
2137668 DS
1137773 DS
1137781 DS
4137821 DS
5145638 DS
2145727 DS

 

 

Qeyd edək ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Избранный
38
11
heftelik.az

10Источники