RU

Aygün Kazımovadan yeni klip - ÖZÜ KLİPDƏ YOXDUR

Heyranlarını hər zaman təəccübləndirməyi bacaran Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.

Far.Az xəbər verri ki, pop diva "Rəqs" adlı klub tərzindəki yeni mahnısını və ona hazırlatdırdığı klipi təqdim edib.

Ölkənin əsas ulduzu yeni ifasına fərqli ekran işi ilə həyat verib.

Maraqlısı isə budur ki, bu dəfə klipdə Aygün Kazımova özü yer almayıb.

Klipdə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və kolumbiyalı model Luis Servantes çəkiliblər.

Cütlük ekran işində cəsarətli səhnələri ilə diqqət çəkib.

Əvvəlcə şəhərdə gəzintidə görünən "sevgililər", klipin sonunda hamamda duşun altında ehtiraslı anlarla izləyicilərin qarşısına çıxıblar.

Mahnının söz və musiqisi Zamiq Əliyevə (YAP10) məxsusdur. Klipin rejissoru isə son illərdə Aygün Kazımovanın bütün ekran işlərinə imza atan Selim Akardır.

Избранный
9
1
far.az

6Источники