RU

MDB-nin baş katibi: Vaşinqton razılaşmaları Bakı və İrəvan arasında sülh sazişi üçün əsas olacaq

MDB-də ümid edirlər ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclasından əvvəl bildirib.

"Vaxtilə biz Birlik ölkələrində Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd müqaviləsinin imzalanmasını məmnunluqla qarşıladığımız kimi, indi də bu birgə bəyannamənin imzalanmasını böyük məmnunluqla qarşıladıq. Hesab edirik ki, bu, fikir ayrılıqlarının tamamilə son qoyulması və Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olunması yolunda mərhələlərdən biridir", - o qeyd edib

Избранный
1
1
report.az

3Источники