RU

III qrup üzrə 500-600 bal arası abituriyentlərin SAYI

Ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupunun DT altqrupu üzrə 2922 abituriyent, TC altqrupu üzrə 243 abituriyent 500-600 arası bal toplayıb.

Bu barədə “Cebheinfo.az”-a  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, imtahan nəticələrinə əsasən DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı

100-dən az olmayan 19 min 995, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 87abituriyent müsabiqədə iştirak hüququ əldə edib. III ixtisas qrupunun TC

altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 4881, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 7620 abituriyent müsabiqədə iştirak hüququ əldə edib.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 863, rus bölməsi üzrə 1520 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 583 yer ayrılıb. Bu yerlərdən 4163-nə qəbul dövlət sifarişi əsasında aparılır.

Plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 558 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 538, rus bölməsində 1245, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1775) var. DT altqrupunda dövlət sifarişi əsasında 3953 plan yeri var.

TC altqrupu üzrə ümumilikdə 2025 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1325, rus bölməsində 275, hər iki bölmənin birgə müsabiqəsi üzrə 425) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 210 plan yeri ayrılıb.

“Cebheinfo.az”

Избранный
28
26
cebheinfo.az

10Источники