RU

1917-1920-ci illər Azərbaycan Milli Hərəkatında müxtəlif siyasi partiyaların rolu

Elşən Mirişli

Gəncə şəhəri, tarixçi

Böyük ictimai-siyasi hadisələrlə zəngin olan XX yüzillikbəşər tarixinə ilk növbədə əsarət altına alınmış xalqların milli oyanışı və milli dirçəlişı əsri kimi daxil olacaqdır.Çünki, məhz XX əsrdə dünyanın siyasi xəritəsində onlarla müstəqil milli dövlətlər meydana gəlmişdir.

Azərbaycan da öz növbəsində bu ümumdünya prosesindən kənarda qalmamışdır.Əsrin əvvəllərindən formalaşmağa başlayanAzərbaycan milli hərəkatı Fevral inqilabından sonra Azərbaycan türklərinin müxtəlif təbəqələrini və siyasi qüvvələrini birləşdirən kütləvi ümummilli hərəkata çevrilmişdir ki, bu da son nəticədə 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Fevral inqilabından sonra elan olunmuş siyasi azadlıqlar siyasi həyatın görünməmiş dərəcədə canlanmasına səbəb oldu.Rusiya imperiyasının hər yerində olduğu kimi Azərbaycanda daFevral inqilabından dərhal sonra Azərbaycanda bir çox yeni siyasi partiya və təşkilatların yaaradılması başlandı,milli hərəkatımızın aparıcı qüvvəsi olan “Müsavat” gizli iş şəraitindən çıxaraq açıq fəaliyyət göstərməyə başladı. Məhz “Müsavat” partiyasının fəal iştirakı ilə 1917-ci ilin 15-20 aprelində keçirilmiş Ümumqafqaz müsəlmanları qurultayı Azərbaycan milli hərəkatının yaxın dövr üçün məqsəd və vəzifələrini müəyyənləşdirdi.Qurultay əsas məqsədə - ölkənin siyasi quruluşu məsələsində imperiyanın Federativ demokratik respublikaya çevrilməsinin və keçmiş rus müstəmləkələrinə, o cümlədən də Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsini tələb etdi.

Azərbaycan türkləri Fevral inqilabından istifadə edərək Rusiyadan muxtariyyət əldə etmək istəyirdilər.Hətta Avropaya I Pyotrun açdığı pəncərəni də Stalin bağladıqdan sonra Rusiya və onun müstəmləkələri tilsimli çevrədə -vahid və qapalı fırlanma orbitinə düşmüş oldu.

Onu da qeyd etmək lazımdır ki,gizli iş şəraitindən çıxdıqdan sonra çox qısa bir müddətdə “Müsavat” partiyası Azərbaycanın siyasi həyatının ən nüfuzlu qüvvəsinə çevrildi ki, 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilər bunu bir daha mümayiş etdirdi.Bakıda “Müsavat” səslərin 40%-ni topladı və digər siyasi partiyaları xeyli geridə qoyaraq inamlı qələbə qazandı.Müqayisə üçün qeyd edək ki, zəhmətkeşlərin mənafeyinin yeganə müdafiəçiləri iddiasında olan bolşeviklər yalnız 15% səs toplaya bilmişdilər. “Müsavat”ın xalq içərisində belə populyarlığı təkcə onun milli ideallar və amallar uğrunda ən ardıcıl mübarizə aparan bir partiya olması ilə izah etmək düzgün çıxmazdı. Bu həm də onunla əlaqədar idi ki,dövrün bütün əsas problemləri barəsində “Müsavat” inqilabi-demokratik mövqelərdə mövqelərdə dururdu. Məsələn, müharibə və sülh məsələsində “Müsavat” müharibənin dərhal dayandırılması,təminatsız və ilhaqsız sülh bağlanması uğrunda çıxış edirdi.Torpaq probleminin həlli məsələsində radikal mövqelərdə dayanan “Müsavat” bütün mülkədar və xəzinə torpaqlarının müsadirə edilib,pulsuz olaraq kəndlilərə verilməsitərəfdarı idi.Fəhlə məsələsində “Müsavat”ın mövqeyi bolşeviklərin minimum proqramına tamamilə uyğun idi.Göründüyü kimi,günün bütün aktual problemləri barəsində “Müsavat” və bolşeviklər eyni və yaxın mövqelərdə dururdular. ”Müsavat”ın Böyük Oktyabr Sosialist inqilabını xeyirxahlıqla qarşılamasını da bura əlavə etsək, bolşeviklər ilə “Müsavat”ın qarşıdurması ilk baxışda parodoksal görünə bilər.Lakin bu ilkbaxışda belədir.

Dövrün ən kəskin proplemi olan milli məsələdə bolşeviklər və “Müsavat” daban-dabana zidd mövqelərdə dayanırdılar ki,bu da iki partiya arasında toqquşmanı labüd edirdi.Bu zaman unitar dövlət tərəfdarı olan və dünya inqilabı ideyası ilə xəstələnmiş bolşeviklər,Azərbaycanın milli muxtariyyatı uğrunda mübarizə aparan “Müsavat”a təhlükəli düşmən kimi baxırdılar.

1922-ci ilə kimi Lenin sərt mərkəzləşdirilmiş unitar dövlət tərəfdarı olmuşdur ki, bu da faktiki olaraq dəyişmiş formada Rusiya imperiyasının saxlanması demək idi.Leninin hər cür milli-mədəni muxtariyyat prinsipinin qəti əleyhdarı olması və qeyri-rus xalqların assimilyasiyasını mütərəqqi hal hesab etməsi faktlarını da buraya əlavə etsək,aydın olar ki, o, mahiyyət etibarı ilə böyük dövlətçilik və hakimiyyətçilik mövqeyində dururdu.Təsadüfi deyildir ki,1918-ci il yanvarın 10-da III Ümumrusiya Sovetlər qurultayı tərəfindən qəbul edilmiş “Zəhmətkeş və istismar olunan xalqın hüquq bəyannaməsi” keçmiş Rusiya İmperiyasının müstəmləkə ucqarlarında yaranmış bütün milli hökumətləri qeyri-qanuni elan edərək,onları monarxistlər və dünya burjuaziyası ilə bir cərgəyə qoyurdu.1922-ci ilin sonunda yaradılmış SSRİ öz xarakterinə görə Rusiya İmperiyası idi və bu gün də tarixdə imperiya olaraq qalır.

Hələ XIX əsrdə F.Engels yazırdı ki,monqol işğalından sonra yaranmış mərkəzləşdirilmiş rus dövlətinin yeganə bir siyasəti olmuşdur ki,bu da dünya ağalığı siyasətidir.Lenin tərəfindən irəli sürülmüş dünya inqilabı ideyası həmin dünya ağalığı siyasətinin dəyişmiş şəraitə uyğunlaşdırılmış yeni formasından başqa bir şey deyildi.Azərbaycanda 1918-ci ilin mart qırğınına gətirib çıxaran da məhz bolşeviklərin bu dünya ağalığı ideyası idi.

Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min,Qubada isə 6 min nəfər öldürülmüşdür.Digər Salyan,Nəvahi,Lənkəran,Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də,öldürülən insanların sayı dəqiq bilinmir.

Mart hadisələri vaxtı təkcə Bakıda 15-20 mindən artıqAzərbaycan türkü öldürülmüşdür.Düzdür,son vaxtlar həmin soyqırımı ayrı-ayrı şəxslərin və ilk növbədə Şaumyanın adı ilə bağlamaq üçün cəhdlər edilir.Lakin faktlar göstərir ki, minlərlə günahsız Azərbaycan türkünün həyatı bahasına başa gəlmiş mart hadisələrinin təşkilatçısı,rəhbəri və icraçısı bütövlükdə bolşeviklər partiyası və Lenin Rusiyası olmuşdur.

Mart soyqırımından sonra şübhəsiz ki, Azərbaycanın Rusiya tərkibindəki muxtariyyatından söhbət belə gedə bilməzdi. Bu hadisələr 1917-1920-ci illər Azərbaycan Milli Hərəhatının aparıcı qüvvəsi “Müsavat”ın milli proqramının daha da radikallaşmasına səbəb oldu və partiya artıq Azərbaycanın tam dövlət müstəqilliyi xəttini yeritməyə başladı ki, bu da 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunması ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra da bolşeviklər və Rusiya Azərbaycanın istiqlaliyyətinə qarşı yönəldilmiş düşmənçilik mövqeyindən əl çəkməmişdi. İki dəfə -1918-ci ilin dekabrında və 1919-cu ilin mayında- Rusiyanın Azərbaycanda agentura şəbəkəsi-bolşeviklər Bakıda siyasi tətillərtəşkil etməyə cəhd göstərdilər.Bu tətillər siyasi xarakter daşıyıb,Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəldilmişdi. Lakin Nəriman Nərimanovun gizli Bakıya göndərilməsinə baxmayaraq Azərbaycan türklərindən olan fəhlələrin həmin tətilləri boykot etməsi nəticəsində onlar tam iflasa uğradılar.Yalnız bu uğursuzluqdan sonra bolşeviklər Azərbaycanda yeritdikləri siyasətdə tələm-tələsik dəyişikliklər etməyə başladılar.

RK(b)P-nın yerli təşkilatı kimi Azərbaycan türkləri arasında nüfuz qazanmağın qeyri-mümkünlüyünü başa düşən Bakı bolşevikləri gözdən pərdə asmaq məqsədi ilə“müstəqil” Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılması ideyasını irəli sürdülər.Əslində bu dəyişiklik kosmetik xarakter daşıyırdı. Əliheydər Qarayevin etiraf etdiyi kimi söhbət formal “partiyadan” gedirdi,çünki bu partiya RK(b)P-nın yerli təşkilatı olaraq qalmaqla RK(b)P-nın rəhbər orqanlarının və Qafqaz Ölkə Komitəsinin bütün qərarlarını yerinəyetirməyə borclu idi.Uzun mübahisələrdən sonra sonra RK(b)P MK siyasi bürosu 1920-ci il yanvarın 3-də “müstəqil” Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılmasına icazə verdi və fevralın 11-12-də AK(b)P-nın təsis qurultayı oldu.Mirzə Davud Hüseynov formal olaraq AK(b)P-nın sədri seçilsə də,partiyanın faktiki rəhbəri Anastas İvanoviç Mikoyan idi.Ümumiyyətlə AK(b)P-nın yaradılması üçün icazənin Moskvadan alınması bu partiyanın “müstəqillik” dərəcəsini açıq nümayiş etdirir.

1917-ci il iyunun 17-də Müsavatçılar,Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın əsasını qoymuşdular. Birləşmiş partiyanın qərargahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerləşmişdir.”Müsavat” partiyasının 1911-ci ildəki quruluş tarixindən 1955-ci il 6 marta kimi partiyanın başkanı Məmməd Əmin Rəsulzadə olmuşdu.

Müsavatın ilk I Qurultayı 1917-ci il oktyabrın 26-31-də Bakıda “İsmailiyyə” binasında keçirilib.

Müsavat Partiyasının II Qurultayı 1919-cu ilin dekabrında keçirildi (Qurultay dekabrın 2-dən 12-dək davam etmişdir).

Bu gün artıq heç kimə gizli deyildir ki, AK(b)P Sovet Rusiyasının Azərbaycana qarşıdakı hərbi müdaxiləsini pərdələmək üçün yaradılmışdı.Hərçənd ki, RSFSR Xarici işlər komissarı Georgi Vasilyeviç Çiçerin 1920-ci ilin əvvəlindəAzərbaycan hökumətinə göndərdiyi notalarla Sovet Rusiyasının xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməsindən dəm vurur və Azərbaycana Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi.Azərbaycan hökuməti gözəl başa düşürdü ki,Sovet hökumətinin belə təklifi etməkdə əsas məqsədi Azərbaycanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək,sonra isə onun istiqlaliyyətinə son qoymaqdır.Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri FətəliXanXoyski cavab notasında göstərirdi ki, Denikinlə Sovet hökuməti arasında mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işlərinə qarışmaq niyyətində deyildir. Fətəli Xan Xoyski,həmçinin bir-birinin suverenliyinə qarşılıqlı hörmət əsasında Azərbaycan hökumətinin Sovet Rusiyası ilə mehriban qonşuluq əlaqələrini inkişaf etdirməyə hazır olduğunu bildirdi.Fətəli Xan Xoyski onu dsa qeyd edirdi ki, “Azərbaycan ilə Sovet Rusiyası arasında hər hansı danışıqlar yalnız Azərbaycanın istiqlaliyyətinin Sovet Rusiyası hökuməti tərəfindən qeyd-şərtsiz tanınmasından sonra başlaya bilər.

Georgi Vasilyeviç Çiçerin Azərbaycan hökumətinin bu təkliflərinə heç bir diplomatik cavab vermədi.Diplomatik yazışmalar Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdürdü. Sovet Rusiyasının hökumətinin Azərbaycana əsl münasibəti Vladimir İliç Leninin 1920-ci il martın 17-də İ.T.Smilqaya və Serqo Konstantinoviç Orconikidzeyə göndərdiyi teleqram əks etdirir: “Bakını tutmaq olduqca və olduqca zəruridir.Bütün qüvvələri buna yönəldin”.Bu teleqram XX əsrin peyğənbəri səviyyəsinə qaldırılmış bu adamın siyasi xadim kimi əsl riyakar və ikiüzlü şovinist simasını əks etdirir.

Azərbaycana qarşı müdaxilə ərəfəsində Sovet Rusiyası hökuməti öz hərəkətlərini daşnak Ermənistanı ilə sıx əlaqələndirirdi.Məhz Moskvanın təhriki ilə daşnaklar martın sonunda Qarabağda qiyam qaldırdılar.Bu qiyam iki məqsədə xidmət edirdi.Birincisi,Azərbaycan hökuməti özünün bütün qoşun hissələrini qiyamçılara qarşı göndərməli oldu ki,bununla da XI Qızıl Ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri müdafiəsiz qaldı.Digərtərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirdilər.Onlar Azərbaycan hökumətini Qarabağda milli münaqişəni həll etməyə qadir olmamaqda günahlandıraraq,XI Qızıl Ordunu Azərbaycana dəvət etməyə çağırırdılar.Məsələn,bolşeviklərin liderlərindən biri olan Əliheydər Qarayev aprelin 1-də Azərbaycan parlamentində çıxış edərək demişdi:”Qızıl Ordu artıq Yalama stansiyasına dayanmışdır və mən sizə təklif edirəm ki,onu köməyə çağırıb hakimiyyəti bolşeviklərə təhvil verəsiniz.”Çünki bolşevik hakimiyyəti milli münasibətlərin bugünki vəziyyəti bolşeviklərin həmin problemi necə həll etdiklərini gözəl nümayiş etdirir”.Burada bizcə şərhə ehtiyac yoxdur.

1920-ci il aprelin 15-də Fətəli Xan Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilirdi ki, “hal-hazırda SovetRusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhəddi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti Sovet Rusiyasının məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir ki, qoşunun göstərilən rayonda toplanmasının səbəbləri və məqsədi barədə məlumat verəsiniz”.

Lakin Çiçerin Azərbaycan hökumətinə cavab verməyi belə,lazım bilmədi.Bu da onunla izah edilirdi ki, Azərbaycana qarşı hərbi müdaxiləyə hazırlıq kompaniyası yekun mərhələsinə qədəm qoymuşdur. Anastas İvanoviç Mikoyanın başçılıq etdiyi nümayəndə heyəti XI Qızıl Ordunun qərargahına gələrək Azərbaycanın işğalını sürətləndirməyi xahiş etdi.XI Qızıl Ordunun hərbi-inqilab şurası ilə razılaşdırılmış plana görə rus ordusu Bakıda qiyamın başlamasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi.Bundan məqsəd dünya ictimaiyətində belə fikir yaratmaq idi ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilə yolu ilə deyil,daxili qiyam nəticəsində devrilmişdir.Lakin Bakıda qiyam qalxmadı, aprelin 27-də XI Qızıl Ordu Azərbaycan ərazisinə soxulub Bakıya doğru irəliləməyə başladı.

XI Qızıl Ordunun hücumu ilə eyni vaxtda,aprelin 27-də gündüz saat 12-də Azərbaycanparlamentinə AK(b)P MK və RK(b) P-nın Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum təqdim olundu.Qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 11-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxartdı.

Yalnızaprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi kömək göstərilməsi haqqında xahişlə Sovet Rusiyası hökumətinə rəsmi surətdə müraciət etdi.Halbuki,bu xahişə ehtiyac yox idi,çünki iki gün idi ki, rus ordusu Azərbaycan ərazisində idi.

Beynəlxalq hüquq normalarına görə xaricdən hərbi kömək göstərilməsi xahişi iləyalnız ölkənin qanuni hakimiyyəti və qanuni hökuməti çıxış edə bilər.Nə Azərbaycan parlamenti, nə də Azərbaycan hökuməti belə bir xahişlə Sovet Rusiyasına müraciət etmişdir.

Bir daha bu sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti qanuni hökuməti Rusiyanın hərbi təcavüzü nəticəsində devrilmişdir ki, bundan da məqsəd Azərbaycanın yenidən,bu dəfə Sovet Rusiyasına ilhaqı idi.

Göründüyü kimi, o dövrdə Azərbaycanın siyasi həyatında iki qüvvə-“Müsavat” və bolşeviklər bir-birinə qarşı dururdu. Əgər “Müsavat” Azərbaycan türkləri içərisində nüfuzunumilli arzu və amallar uğrunda ardıcıl mübarizəsi ilə qazanmışdısa,bolşeviklərin gücü qonşu Rusiyanın hərbi qüdrətində idi.

Beləliklə, faktlar belə bir fikir yürütməyə əsas veir ki, Azərbaycan milli hərəkatının aparıcı qüvvəsi “Müsavat “ partiyası olmuşdur.

Избранный
9
1
turkustan.az

2Источники