RU

Zəngilanda iş yerinin qarşısında ölüm: Şəxsi münaqişə faciəyə çevrildi

ZƏNGİLAN, 19 avqust. TELEQRAF

Zəngilan rayonunda avtoyuma məntəqəsinin 54 yaşlı əməkdaşı yük avtomobilinin vurması nəticəsində həyatını itirib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə avqustun 18-də rayonun Ağalı kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

Kənd sakini, 54 yaşlı Elman Zeynalov işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford” markalı yük avtomobili tərəfindən vurulub. Yaralı dərhal Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Elçin Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumatlara əsasən, insidentin şəxsi münasibətlər zəminində və qəsdən törədildiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
70
2
teleqraf.com

3Источники