RU

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Avqustun 18-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
     
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Избранный
47
32
operativmedia.az

10Источники