RU

Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib – Zelenski

Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib.

Bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək.

“ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya isə əvvəlcə Ukrayna ilə Rusiya arasında ikitərəfli, sonra üçtərəfli görüş təklif etdi. Bəli, dediyim kimi, biz liderlər səviyyəsində istənilən formata hazırıq. Ona görə də təsdiqlədim və bütün Avropa liderləri məni dəstəklədilər ki, biz ikitərəfli görüşə hazırıq”, – Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik təminatının təfərrüatları 10 gün ərzində işlənib hazırlanacaq, ərazilər məsələsi yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq.

Избранный
14
1
7times.az

3Источники