RU

“Google” 30 milyon avro cərimələnib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 19 avqust, AZƏRTAC

“Google” şirkəti Avstraliyanın iki ən böyük telekommunikasiya operatoru “Telstra” və “Optus” ilə qeyri-qanuni müqavilələr bağladığına görə 30 milyon avro cərimə ödəyəcək.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu operatorun xidmətindən istifadə edən smartfonlarda məcburi “Google” axtarış sistemi quraşdırılıb. Bunun müqabilində operatorlar “Google”nin reklam gəlirlərindən pay alıblar.

Lakin, Avstraliyada belə bir təcrübə birbaşa qanunla qadağandır: Avstraliya Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyasının bəyanatında vurğulanır ki, “rəqabətin məhdudlaşdırılması adətən istehlakçılar üçün məhdud seçimə, şişirdilmiş qiymətlərə və daha pis xidmətə gətirib çıxarır”.

“Google” bu arqumentlərlə razılaşmaq məcburiyyətində qalıb və cərimə ödəməyə razılaşıb. Korporasiya həmçinin “Android” telefon istehsalçıları və telekommunikasiya operatorları ilə bağladığı müqavilələrdən axtarış sistemlərinin əvvəlcədən quraşdırılmasına dair bəzi məhdudiyyətləri aradan qaldırmaq öhdəliyi də imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
4
azertag.az

7Источники