Azərbaycanlı basketbolçu Rüstəm Əliyevin yeni klubu bəlli olub.
“Abşeron Lions”dan verilən məlumata görə, 30 yaşlı oyunçu heyətə cəlb edilib.
Sportinfo.az xəbər verir ki, təcrübəli basketbolçu 2025/2026 mövsümündə komandanın formasını geyinəcək.
Rüstəm Əliyev daha əvvəl "Sabah" və "Ordu" klublarında çıxış edib.