RU

Mərakeş vətəndaşlarının ölkəmizin turizm məkanlarına marağı artıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rabat, 19 avqust, AZƏRTAC

Mərakeş vətəndaşlarının Azərbaycana səfər etməyə marağı əhəmiyyətli dərəcədə artıb. Ölkəmizin çoxlu mədəni və memarlıq abidələri, istirahət məkanları, eləcə də zəngin təbiəti mərakeşliləri özünə cəlb edir.

AZƏRTAC xəbər verir ki, Mərakeş və Azərbaycan xalqlarının ortaq dini və ictimai dəyərləri, adət-ənənələri ölkələr arasında turizm əlaqələrinin inkişafına və turistlərin sayının ikiqat artmasına gətirib çıxarıb.

Mərakeş vətəndaşlarının ölkəmizə marağını onlara tətil paketləri təklif edən turizm agentliklərinin sayının artmasında da görürük. Azərbaycanın Rabatdakı səfirliyinin verdiyi məlumata görə, onların sayı əhəmiyyətli dərəcədə artaraq 34-ə çatıb. Ötən il bu rəqəm 14 idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
azertag.az

3Источники