RU

Liderlərin Ağ Ev görüşü yekunlaşıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Vaşinqton, 19 avqust , AZƏRTAC

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri arasında yüksək səviyyəli görüşlər yekunlaşıb.

AZƏRTAC Ağ Evə istinadla xəbər verir ki, Trampın günün qalan hissəsində kamera qarşısına çıxması gözlənilmir.

Bəzi Avropa liderlərinin çıxışa doğru getdikləri görünüb. Böyük Britaniyanın Baş naziri Kir Starmer binanı tərk edərkən “nə barədə razılıq əldə edildi?” sualına “çox şey barədə” cavabını verib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
107
2
azertag.az

10Источники