RU

Tramp Zelenski və Avropa liderləri ilə görüşün nəticələrini açıqlayıb

Tramp, Zelenski və Avropa liderlərinin Ağ Evdə görüşü zamanı ABŞ-ın koordinasiyası əsasında Ukrayna üçün təhlükəsizlik təminatı müzakirə edilib. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. O bildirib ki, hər kəs Rusiya ilə Ukrayna arasında sülhün mümkünlüyündən çox məmnundur. 

“Görüşlərin sonunda mən Prezident Putinə zəng etdim və onunla Zelenski arasında müəyyən ediləcək görüşün təşkilinə başladım. Həmin görüş baş tutandan sonra mənim iştirakımla üçtərəfli görüş olacaq. Bu, dörd ildir davam edən müharibəni bitirmək üçün çox yaxşı addımdır. Vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff Rusiya və Ukrayna ilə koordinasiya aparırlar”, - deyə Tramp bildirib.

Избранный
35
4
yeniazerbaycan.com

5Источники