RU

Makron: Avropa Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrə cəlb edilməlidir

Makron: Avropa Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrə cəlb edilməlidir

Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüş ideyasını alqışlayıb, lakin hesab edir ki, Avropanın da iştirak etdiyi dördtərəfli görüş keçirilməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu Vaşinqtonda Avropa liderlərinin ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski ilə görüşündə deyib.

"Üçtərəfli görüş ideyası çox vacibdir, çünki bu, problemi həll etməyin yeganə yoludur. Yeri gəlmişkən, düşünürəm ki, bunun davamı olaraq, yəqin ki, dördtərəfli görüşə ehtiyacımız olacaq, çünki biz təhlükəsizlik təminatlarından danışarkən bütün Avropa qitəsinin təhlükəsizliyindən danışırıq", - deyə o qeyd edib.

Fransa prezidenti onu da bildirib ki, üçtərəfli görüşdən əvvəl atəşkəs əldə olunmalı, bundan sonra Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunmalıdır. Onun sözlərinə görə, illər və onilliklər üçün əsas təminat Ukrayna ordusunun özü olmalıdır.

Избранный
63
afn.az

1Источники