Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, mövsümün açılış turunun dördüncü oyun günündə bir qarşılaşma baş tutub.
“Elçe” doğma meydanda “Betis”lə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
İlk tura avqustun 19-da keçiriləcək “Real” – “Osasuna” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Jirona – Rayo Valyekano 1:3
Qollar: Roka, 57 – De Frutos, 18. A.Qarsiya, 20. Palason, 45-pen.
Vilyarreal – Real Ovyedo 2:0
Qollar: Etta Eyonq, 29. Qeye, 36.
16 avqust
Malyorka – Barselona 0:3
Qollar: Rafinya, 7. F.Torres, 23. Yamal, 90+4.
Alaves – Levante 2:1
Qollar: T.Martines, 36 Tenalya, 90+2 – Tolyan, 68.
Valensiya – Real Sosyedad 1:1
Qollar: D.Lopes, 57 – Kubo, 60.
17 avqust
Selta – Xetafe 0:2
Qollar: Liso, 47. Uçe, 72.
Atletik – Sevilya 3:2
Qollar: N.Uilyams, 36-pen. Sannadi, 43. Navarro, 81 – Lukebakio, 60. Aqume, 72.
Espanyol – Atletiko 2:1
Qollar: Rubio, 73. Milya, 84 – X.Alvares, 37.
18 avqust
Elçe – Betis 1:1
Qollar: Valera, 81 – Ruibal, 21.
19 avqust
23:00. Real – Osasuna