RU

Bu ölkədə çempionumuz üçün 1106 yer ayırdılar - 11 avroya

Sportinfo.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə keçiriləcək “Ferensvaroş"la (Macarıstan) oyunla bağlı azarkeşlərə müraciət edib.

Müraciətdə bildirilib ki, oyunu “Ferencváros Stadion"da izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Gate 4"də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir.

Biletlərin qiyməti 11 avrodur. Azarkeşlər üçün "Ferencváros Stadion"da 1106 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

"Ferensvaroş" - "Qarabağ" oyunu avqustun 19-u saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Избранный
150
5
sportinfo.az

10Источники