RU

Putinlə Zelenskini görüşdürəcəyini açıqladı

“Danışıqlar üçün yol açıqdır. Düzünü desəm, biz hamımız atəşkəs görmək istərdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Almaniya Kansleri Fridirx Merts Aİ liderlərinin Vaşinqtonda ABŞ lideri Donald Trampla keçirdiyi görüşdə deyib.

“Növbəti görüşün atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm, gəlin bunun üzərində işləyək və Rusiyaya təzyiq göstərməyə çalışaq”, - Merts bildirib.

Tramp buna cavab olaraq deyib ki, Rusiya lideri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşün baş tutacağına əmindir. Zaman və məkan isə hələlik sual altındadır. Zelenski və Putinin danışacağını və bunun nə ilə nəticələnəcəyini birlikdə müşahidə edəcəklərini vurğulayıb:

“Mən vasitəçilik etdiyim altı müharibədə atəşkəs əldə etmişəm... Deməli, atəşkəs baş verə bilər. Olsa nə əla, əks halda isə bizə çoxlu başqa xallar verilib, böyük xallar”.

Избранный
30
50
qafqazinfo.az

10Источники