RU

Zelenskinin Trampa çatdırdığı məktubu o göndəribmiş

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı ona məktub təqdim edib.

Publika.az xəbər verir ki, məktub ABŞ-ın birinci xanımı Melania Trampa ünvanlanıb. Onu Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya tərəfindən göndərildiyi bildirilir. Məktubun məzmunu açıqlanmayıb.

Xatırladaq ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melania Trampdan məktub çatdırıb. Məktubun Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar barədə olduğu bildirilib.

Избранный
33
6
publika.az

10Источники