RU

Mingəçevir sakinləri marşrut xəttlərinin yenilənməsini istəyirVİDEO

İllərdir marşrut xətti ilə sərnişin daşıyan avtobuslar yenilənmir. Artıq ictimai nəqliyyat tələblərə cavab vermir.

Mingəçevir sakinləri “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edərək 7 və 8 saylı marşurtlarda hərəkətdə olan avtobus, mikroavtobusların köhnə, sınıq-salxaq olduğunu bildiriblər. 

Şəhər ərazisində sərnişin daşıyan 7 və 8 saylı marşurtlarda yay aylarında toz-torpaq, qışda isə palçıq avtobusun salonuna qədər dolur. 

AYNA-dan “Xəzər Xəbər”ə bildirildi ki, Bölgələrdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti təhlil edilir və şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır. Mingəçevir şəhəri üzrə də marşrut şəbəkəsi təhlil edilib. Bir neçə marşrut üzrə avtobus parkı yenilənib. Digər daşıyıcılara da istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
39
7
xezerxeber.az

10Источники