RU

Boşanan ailələrə XƏBƏRDARLIQ MÜTLƏQ...

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər bütün dünyada ailədaxili münaqiələrin və boşanmaların sayı artmaqdadır. Dünyada tüğyan edən bu problem təəssüflər olsun ki, ölkəmizdən də yan keçməyib.

Statistikaya görö, boşanmaların və bu istiqamətdə müraciətlərin sayı artıb. Bundan isə ən çox ailədəki uşaqlar əziyyət çəkirlər.

Bu məsələ ilə əlaqədar uşaq nevroloqu, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, boşanmış və ya sosial çətinliyi olan ailələr mütləq övladlarına xüsusi diqqətlə yanaşmalıdırlar. Onlar problemlərini həll etmək üçün uşaqların gələcəyini qurban verməməlidirlər.

"Uşağa sabitlik vermək lazımdır. Uşaq üçün ən önəmlisi sabit gündəlikdir (yemək, yuxu, məktəb). Boşanma sonrası valideynlər çalışmalıdır ki, qaydalar dəyişməsin.

Konfliktdən qorumaq lazımdır. Uşağın valideynlər arasındakı mübahisəyə şahid olması onun psixoloji travmasını artırır. Buna görə valideynlər şəxsi problemlərini uşağın yanında müzakirə etməməlidirlər.

Kiçik məsuliyyətlər vermək lazımdır. Uşaq özünü ailənin yükü kimi yox, dəyərli hiss etməlidir. Evdə sadə işlər (məsələn, çiçəyə su vermək, masanı yığmaq) ona həm məsuliyyət, həm də faydalı olma hissi qazandırır".

Həkim deyir ki, uşaqlar üçün pulsuz idman dərsləri, kitabxana tədbirləri, məhəllə oyunları uşağın sosial adaptasiyası üçün çox faydalıdır:

"Bəli, bəzən pul ödəyərək psixoloqa getmək mümkün olmur, amma bu, uşağın köməksiz qalması demək deyil. Valideynin az da olsa keyfiyyətli vaxt ayırması, məktəb psixoloqu və ictimai resurslardan faydalanmaq, uşağa sevgi və sabitlik vermək uşağın psixoloji gücünü artırır və cəmiyyətə sağlam adaptasiyasına kömək edir".

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
63
14
baku.ws

10Источники