RU

Toksikoloq folqa ilə yemək bişirməyi dayandırmağa çağırır...

...Toksikoloq vətəndaşları alüminium folqada yemək bişirmək və bişmiş yeməklərdən istifadə etməmək barədə xəbərdarlıq edərək, sağlamlıq üçün potensial təhlükələrə işarə edib.

SİA-nın məlumatına görə, o, çörək məhsullarının hazırlanması prosesində folqa istifadəsində hansı təhlükələrin gizləndiyini izah edib.

Həkimin sözlərinə görə, folqa ilə bişirmək müəyyən risk daşıyır, çünki onun tərkibində ksenoestrogenlər - bədənə təsiri hormonal olanlara bənzər birləşmələr var.

Toksikoloqverdiyi açıqlamada izah edib ki, bədənə nüfuz edərkən, bu maddələr uzun müddətdə hormonal balanssızlığa səbəb ola biləcək estrogenlərin (qadın cinsi hormonları) hərəkətini təqlid etməyə qadirdir.

Bundan əlavə, ksenoestrogenlərin yığılması piylənmə, tiroid problemləri, reproduktiv disfunksiya və hətta bədxassəli yenitörəmələrin inkişaf ehtimalını artıra bilər.

Həkim onu da vurğulayıb ki, folqa alüminium əsasında hazırlanıb, onun ən kiçik hissəcikləri qızdırılan zaman qidaya daxil ola bilir. Mütəxəssis qeyd edib ki, alüminium orqanizmdə toplanma xüsusiyyətinə malikdir, ağciyərlərə, böyrəklərə, qalxanabənzər vəzlərə və beyinə mənfi təsir göstərir.

Nazlı Almuradova

Избранный
38
12
sia.az

10Источники