RU

Voronejdə bazar sahibi olan Yusif Xəlilov həbs edilib

Rusiyanın Voronej şəhərində azərbaycanlı diaspor rəhbəri, eyni zamanda şəhərin ən böyük bazarının sahibi Yusif Xəlilov həbs edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

İstintaq iddia edir ki, o, bu ilin martında oğlunu hərbi xidmətə aparmamaq üçün həkimə 330 min rubl rüşvət verib. Məbləğin bir hissəsinin vasitəçi ilə çatdırıldığı, qalan 100 min rublun isə karta köçürüldüyü bildirilir.

Məlumata görə, Yusif Xəlilov istintaqa ifadə verməkdən imtina edib və günahını qəbul etmir.

Onun barəsində 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və deportasiya təhlükəsi mövcuddur.

Xəbər 2 dəfə oxunub.
Избранный
74
50
xezernews.az

10Источники