RU

Lalə Aslanurun Yaponiyada növbəti uğuru

Olay.az saytına istinadən ain.az xəbər verir.

Lalə Aslanurun Yaponiyada növbəti uğuru

Mədəniyyət Nazirliyi tərəfindən “İlin ən fəal gənci” adına layiq görülən, TÜRKSOY-un özəl ödül mükafatçısı, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur növbəti dəfə Azərbaycanı Yaponiyada təmsil edib.

OLAY yazır ki, eyni zamanda “Ekspo 2025”də milli rəqslərimizi təbliğ edən L. Aslanur  daha sonra Yaponiyanın Vakayama prefekturasında “Vakayama Beynəlxalq Mübadilə Mərkəzi”nin ev sahibliyi ilə baş tutan  “Azərbaycanın milli rəqsi” adlı tədbirdə onlayn çıxış edib.

Rəqs üzrə mütəxəssis “Şuşanın dağları” və “Yallı” rəqsləri barədə seminar keçib.

Aslanur bu rəqslərin tarixindən, mənasından və ifa üslublarından danışaraq iştirakçıların suallarını cavablandırıb.

Bundan əlavə, tədbirin birinci hissəsində qonaq məruzəçi Minarə Şükürova iştirakçılara əyani materiallarla Azərbaycan milli geyimləri, musiqisi və rəqs sənəti haqqında məlumat təqdim edib. Azərbaycan mədəni irsinin bir sıra elementlərini əhatə edən bu təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.Tədbirin üçüncü hissəsində Minarə Şükürova çay mədəniyyətimiz haqqında təqdimatla çıxış edib. İştirakçılar Azərbaycan çayından dadıb və milli geyimlərimizlə şəkil çəkdiriblər. Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərini özündə birləşdirən bu tədbir iştirakçılar arasında böyük maraq doğurub və mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verib.

Xatırladaq ki, L. Aslanur “Mənimlə rəqs et” layihəsi çərçivəsində yetişdirdiyi tələbələrindən ibarət “Azəri Calgary Stars”  Kanadada keçirilən Avropa konkursunda 15 ölkə arasından qızıl medala layiq görülüb. Bununla yanaşı, ötən il eyni proyekt çərçivəsində Yaponiyanın Tanabe şəhərində onlayn görüş vasitəsilə təlim keçib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
4
olay.az

8Источники