RU

Zelenski Trampla görüşməzdən əvvəl Vaşinqtonda Qərb liderləri ilə görüşür

Zelenski

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb. Onun sözlərinə görə, görüşlər Ukrayna səfirliyinin binasında keçirilir. Liderlərlə danışıqların müxtəlif vaxtlarda baş tutacağı gözlənilir. Agentliyin məlumatına görə, Zelenskinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliyanın baş nazirləri Keir Starmer və Corcia Meloni, həmçinin Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşü nəzərdə tutulub.

Məryəm Quliyeva

Избранный
62
20
xalqcebhesi.az

10Источники