RU

Sabiq "Qalatasaray"lıya görə Azərbaycanda bunu da etdilər - FOTO FAKT

Premyer Liqanın 1-ci turunun "Sumqayıt" - "Kəpəz" görüşünü izləyənlər arasında "Qalatasaray-Azərbaycan" dərnəyinin fəalları da yer alıb.

Bu heç də səbəbsiz deyil.

"Cim-bom" sevərlərin Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna gətirən güc Saşa İliçdir.

Söhbət "Kimyaçılar"ın baş məşqçisidən gedir.

Axı serbiyalı futbolçu kimi 2005-2007-ci illərdə Türkiyə nəhənginin formasını geyinib.

Görünür, İstanbul klubunun azarkeşləri hələ də onu unutmur, sayğı ilə anır.

"Kəpəz"lə matçdan öncə tərəflər görüşüb, bir xeyli söhbət ediblər.

Sonda isə xatir fotosu çəkdiriblər.

XANOĞLAN İMANOV

Избранный
19
50
sportinfo.az

10Источники