RU

Paşinyan: “Vaşinqtondakı görüşdən sonra biz başqa bir Cənubi Qafqazda yaşayırıq”

“Vaşinqtondakı görüşdən sonra Ermənistanla Azərbaycan arasında sülh əldə olunub. 8 avqustdan sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, tamamilə başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etmək lazımdır. Bu, asan deyil, çünki bizim üçün tanış olmayan vəziyyət və reallıqdır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
 

“Biz, Üçüncü respublikanın vətəndaşları, sülhün nə olduğunu, sülh içində yaşamağın və işləməyin nə demək olduğunu bilmirik. Bu, bizə yad bir hissdir, çünki müstəqillik əldə etdikdən sonra biz daim münaqişə şəraitində yaşamışıq – nə sülh, nə də müharibə şəraitində.


Biz sıfırdan öyrənməliyik ki, sülh içində yaşamaq nə deməkdir, sülh nədir, onun mahiyyəti və görünüşü necədir.

Sülh bizim ona verdiyimiz görkəmə sahib olacaq. Əlbəttə ki, Azərbaycanla birlikdə, təkbaşına yox”, – deyə Paşinyan qeyd edib.

Bizim.Media

Избранный
27
50
bizim.media

10Источники