RU

Putinlə Qırğızıstan Prezidenti Alyaskada Trampla görüşü barədə danışıb - ÖZƏL

Qırğızıstan lideri Sadır Japarov Rusiya dövləti başçısı Vladimir Putinlə telefon danışığı zamanı Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitini müzakirə edib.

Olaylar xəbər verir ki,bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Tərəflər Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskadakı danışıqlarının yekunları ilə bağlı fikir mübadiləsi aparıblar", - bəyanatda qeyd olunub.

Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi Rusiya və ABŞ arasında Alyaskada keçirilən sammitin nəticələri ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirmişdi.

Həmçinin Braziliya prezidentinin mətbuat xidməti məlumat verib ki, Putin telefon danışığı zamanı Braziliya lideri İnasiu Lula da Silvaya ABŞ prezidenti Donald Trampla Alyaskadakı danışıqlar barədə məlumat verib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
72
50
olaylar.az

10Источники