RU

Vətəndaşlar sənədsiz evlərini necə qanuniləşdirə bilər? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ölkədə sənədsiz evlərin sənədləşdirilməsi prosesi artıq konkret mexanizmlərlə həyata keçirilir. Vətəndaşlar ilkin olaraq yaşadıqları ərazi üzrə müvafiq bələdiyyəyə və ya yerli İcra Hakimiyyətinə müraciət etməlidirlər. Müraciət zamanı onların evlərinin yerləşdiyi torpaq sahəsi üzrə mövcud hüquqi status yoxlanılır”.Bu sözləri əmlak eksperti Rəşad Məmmədov Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, əgər torpaq sənədi varsa, sənədləşdirmə prosesi daha sürətli və asan olur:“Əks halda, torpaq və mülkiyyətin müəyyən edilməsi üçün əlavə ölçü, topoqrafik xəritə və arxiv məlumatları tələb olunur. Mühafizə zolağında yerləşən evlər məsələsi isə fərqlidir. Bu ərazilər dövlət tərəfindən xüsusi qorunan və ya infrastruktur layihələrinə ayrılmış sahələr olduğundan, qanunvericilik çərçivəsində söküntü və kompensasiya proseduru tətbiq edilir. Vətəndaşlar söküntü planı barədə əvvəlcədən məlumatlandırılır və alternativ yerləşmə və ya maddi kompensasiya imkanları nəzərdə tutulur. Beləliklə, mövcud və olmayan torpaq sənədləri məsələsi mərhələli və qanuni şəkildə həll olunur. Vətəndaşların əsas diqqəti düzgün müraciət və sənədlərin tamlığında olmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
50
demokrat.az

10Источники