RU

Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi

Tacikistan Baş Prokurorluğu qarşılıqlı anlaşmaya uyğun olaraq ekstradisiya həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, həmin ölkənin vətəndaşı 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair sözügedən dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə  Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Избранный
43
50
qafqazinfo.az

10Источники