RU

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Sərhəd Mühafizəsi 106-cı ildönümünü Dövlət Sərhəd Xidmətinin (DSX) yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir hərbi arsenala malik, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru və su sərhədlərini peşəkar şəkildə qorumağa qadir bir qurum kimi qarşılayır.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə DSX-nin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib. 

“Sərhədçi” Mədəniyyət Mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. 

Prezident İlham Əliyevin 2025-ci il 16 avqust tarixli sərəncamları şəxsi heyətə elan olunub, zabitlərə ali hərbi rütbələr təqdim edilib, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndiriliblər. 

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sərhədin 106 ili” filmi nümayiş olunub.

Избранный
18
9
yeniazerbaycan.com

10Источники