RU

Pedofillər axtalansın? Hüquq müdafiəçisindən təklif

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Həkimlərlə olan görüş zamanı uşaqlara qarşı cinsi zorakılıqdan danışanda sual verdim ki, pedofillərin reabilitasiya oluna bilərmi?Cavab  "Əlbəttə, xeyr" oldu. Daha sonra dedim ki, bəlkə onlar kimyəvi üsulla axtalansın? Əlbəttə ki, bu, qanunvericilikdə nəzərdə tutulmaqla” 

Bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva öz "Facebook" hesabında paylaşıb.

Bəs bu mövzu ilə bağlı konkret təkliflər varmı?

“Cebheinfo.az” – a açıqlamasında Zenfira Mustafayeva bildirib ki, zorakılıq edən insanlarda qorxu yaradılmalıdır:

“Biz demokratik ölkədə yaşayırıq, insan hüquqlarına çox böyük hörmət var. Buna görə də  beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölüm hökmü yoxdu. Uşaqlara qarşı zorakılıq hərəkəti edənləri axtalamaq məsələsinə gəldikdə, paylaşımı etməkdə məqsədim belə insanların qorxub, çəkinməyidir. Belə insanlar anlasınlar ki, bunun sonu yoxdur.

Biz qanunvericiliklə bu tələbi irəli sürsək, bir az düzgün çıxmaz. Deyilə bilər ki, onda ölüm hökümü də qaytarılsın. Bu da insan hüquqlarının pozulması deməkdir. Həmçinin, irəli sürülə bilər ki, onların hamısının reablitasiya olunmaması haradan bəllidir? Ola bilər ki, belə insanlar tutulduqdan sonra ağılları başlarına gəlsin, öz gələcəklərini düşünsünlər”.

Onun sözlərinə görə, pedofillər əməllərindən peşmanlıq hissi yaşamır:

“Əslində mən bir qadın, valideyn olaraq çox istərdim ki, belə insanlar cəmiyyətdən uzaqlaşdırılsınlar. Belə insanların reablitasiyası çox çətin olar. Bu, bir növ xəstəlikdir, düşünürəm ki, bu xəstəliyin də müalicəsi yoxdur.

Biz belə hallarla tez-tez rastlaşırıq. Cavan qızlarımız, uşaqlarımız cinsi zorakılığa məruz qalıb. Hətta rastlaşdığım hadisələrdən birində 14 yaşlı qız uşağı öz atası tərəfindən zorakılığa məruz qalmışdı və məhkəmə zalında ata da heç peşmanlıq əlamətləri hiss olunmurdu. Valideynlərin uşaqlarına qarşı cinsi zorakılığını və zorakılığın bütün növlərini qəbul edə bilmirəm. Düşünürəm ki, belələri vəhşi xislətlidirlər”.

Z.Mustafayev qeyd etdi ki, ölüm hökmü bəzi ölkələrdə hələ də qalmaqdadır:

"Biz belə insanları gördükdə, ölüm hökmünün ləğv edilməsinə hiddətlənirik. Lakin insan hüquqları bizim ölkədə qorunur deyə belə düşüncələr düzgün deyil. Bəzi müsəlman ölkələri var ki, bunu tətbiq edirlər, insanların bu vəziyyəti necə qarşıladığını bilmirəm.

Zorakılıq əməli törətmiş insanları həbsdən sonrakı müddətdə də nəzarətsiz buraxmaq olmaz. Düşünürəm ki, belə insanlar reablitasiya oluna bilmirlər, ona görə nəzarət edilməsi vacib şərtlərdəndir". 

Gülər

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
108
23
cebheinfo.az

10Источники