“Dinamo” Andrey Lunyovu tütün çeynədiyinə görə cəzalandıra bilər.
Offsideplus.az xəbər verir ki, klubdan verilən açıqlamaya görə görüntünü izlədikdən sonra rusiyalı qapıçı barədə yekun qərar veriləcək.
Qeyd edək ki, A. Lunyov dünən keçirilən "Dinamo" - ÇSKA matçında (1:3) tütün çeyniyərkən kameralara yaxalanıb.
O, 2023/24 mövsümündə "Qarabağ"ın formasını geyinib.