RU

Təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik Sibiqa

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bazar ertəsi axşam Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi planlaşdırılan görüş Ukraynanın bu il əldə etməyə çalışdığı sülhə yaxınlaşmada həlledici məqamlardan biridir.

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa hökumətin fəaliyyət proqramı layihəsinin təqdimatında bildirib.

"Həlledici an - həqiqətən də diplomatik səylərin maksimum səfərbər edilməsi sayəsində ədalətli sülhü daha da yaxınlaşdıra bilərik. Bu müharibənin bu il başa çatması üçün əlimizdən gələni edirik", - o qeyd edib.

XİN başçısının sözlərinə görə, Ukrayna tərəfi daha çox irəliləyiş, gələcək zəmanətlərin parametrlərinin daha aydın izahını və Ukraynanın müttəfiq ölkələrinin digər liderlərinin mümkün iştirakı ilə Zelenski-Putin-Tramp üçtərəfli formatında görüşün yaxınlaşdırılmasını gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
9
bakivaxti.az

10Источники