RU

Bu valyutadəyişmə məntəqəsi bağlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi məntəqəsi - "Meta-Kapital" MMC-nin lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, AMB tərəfindən "Meta-Kapital" MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.

Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədilə "Valyuta tənzimi haqqında" Qanunun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün "Meta-Kapital" MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli lisenziyanın qüvvəsi 18.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.

Milli.Az

Избранный
68
50
milli.az

10Источники