Rusiya Prezidenti Vladimir Putin, amerikalı həmkarı Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında görüş İstanbulda baş tuta bilər.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, üçtərəfli danışıqlar İstanbulun Atatürk hava limanında keçirilə bilər.
Nəşrin məlumatına görə, hava limanının VİP və mətbuat konfransı zalı belə görüşün keçirilməsi üçün bütün şəraitə cavab verir.
Qeyd olunub ki, Türkiyə qısa müddətdə belə bir siyasi zirvə görüşü hazırlaya biləcək yeganə ölkədir və Atatürk Hava Limanı ən uyğun yerdir.
Daşqın HəsənovMissiya.Az