RU

Tanınmış saat şirkəti irqçilik etdi Boykot olundu

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Dünyaca məşhur "Swatch" saat şirkətinin reklam çarxındakı foto asiyalılara qarşı irqçi hərəkətlər ifadə etdiyi üçün tənqid olunub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən çinli istehlakçılar brendi boykot edib.

Şirkət tez bir zamanda üzr istəyib və bütün dünyada reklamı geri götürüb, lakin bu hərəkət tənqidləri yox edə bilməyib.

Xatırladaq ki, bu günə qədər bir çox tanınmış brendlərin reklam çarxları tənqidlərə məruz qalıb.

"Dolce & Gabbana" şirkəti 2018-ci ildə çinli modelin çubuqlardan istifadə edərək pizza yeməyə cəhd etdiyi reklamı irqçi stereotipləri ehtiva etdiyinə görə geniş tənqidlərə səbəb olub və brend həmin reklamı yığışdımağa məcbur olub.

"H&M", "Nike", "Adidas" brendləri 2021-ci ildə, eyni zamanda "Uniqlo" 2024-cü ildə dünyada tənqid olunduğu üçün reklam sərlövhələrini ləğv etdiriblər.

Mikayıl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
50
azxeber.com

10Источники