RU

ABŞ nin görüş öncəsi geyim narahatlığı: Zelenskidən nə geyinəcəyini soruşdular

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tramp-Zelenski görüşündən öncə Oval Ofisin diqqəti Zelenskinin geyiminə yönəlib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ rəsmiləri birbaşa Ukrayna liderindən nə geyinəcəyini soruşublar.

Məlumata görə, Zelenskinin bu dəfə kostyum əvəzinə qara pencək geyinməyi planlaşdırdığı məlum olub.

Xatırladaq ki, mart ayında böyük fiasko ilə başa çatan Tramp-Zelenskinin görüşündə Ukrayna liderinin hərbi üslublu geyimi ABŞ-də diskomfort yaradıb və Trampın istehzalı açıqlamaları gərginlik yaradıb.

Qeyd edək ki, bu gün görüşə yalnız Zelenski deyil, Avropa liderlərindən - Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, İtaliyanın Baş naziri Giorgia Meloni, Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Finlandiya Prezidenti Aleksandr Stubb da qatılacaqlar.

Mikayıl

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
6
azxeber.com

10Источники