RU

Maçado və Boli hardadı, Elmar Baxşıyev? rəsmi açıqlama

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bilindiyi kimi, "Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"i sıradan çıxarsa da, "Omoniya"ya hər iki oyunda faciəvi hesabla uduzmaqla (0:4, 0:5) mübarizəni dayandırdı.Bu matçlarda diqqətiçəkən məqamlardan biri də baş məşqçi Elmar Baxşıyevin "qırmızı-ağlar"ın yeni transferi Şarl Boliylə aparıcı, daha doğrusu, göstərdiyi performansla komandanın avrokuboklara vəsiqə qazanmasında mühüm rol oynayan Ramon Maçadoya münasibəti oldu.Qeyd edək ki, Boli "Aris"ə qarşı hər iki oyunda 90 dəqiqə meydanda olsa da, "Omoniya" ilə ilk oyunun 25-ci dəqiqəsində meydanı tərk etdi, cavab matçında isə əvvəldən axıradək ehtiyat oyunçular skamyasında əyləşdi. Düzdü, klub sağ cinah yarımmüdafiəçisinin zədələndiyini açıqlamışdı. Ancaq zədənin ciddi olmadığı da bildirilmişdi. Maçadoyla bağlı durum, ümumiyyətlə, anlaşılan deyil. Belə ki, mərkəz hücumçusu "Aris"ə qarşı hər iki, "Omoniya"ya qarşı isə ilk oyunda əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında olub. Cənubi Kipr təmsilçisinə qarşı cavab matçında adı heç iştirak ərizəsinə də salınmayıb. İş ondadı ki, klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Nikosiyaya aparılmayan futbolçular siyahısında yalnız zədəli Bəxtiyar Həsənalızadənin adını çəkmişdi.Bəs, adı çəkilən futbolçularla bağlı ümumi durum nə yerdədi? Elmar Baxşıyevin vacib oyunçuların xidmətindən imtina etməsinin səbəbi nədi?Bu suallarla yenidən Mahal bəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Boli ilə bağlı qərar baş məşqçinin seçimidi. Maçadonun isə yüngül zədəsi var. Bu üzdən baş məşqçimiz avrokubok oyunlarında risk etmədi. Əslində ciddi zədə sayılmır. Yenə də Maçado istirahət etmək baxımından Bakıda qalmışdı. Yəni Nikosiyaya aparılmamışdı. Ramonun adı səfərə yollanacaq futbolçuların siyahısında var idi. Son anda qərar dəyişdi. Buna görə ictimaiyyətə elan edə bilmədik. Maçado hazırda məşqlərdə iştirak edir. O, Misli premyer-liqasının 1-ci turu çərçivəsində keçiriləcək "Zirə" ilə matçda meydana çıxa bilər".

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
50
icma.az

10Источники