Ağdam rayonunun Xındırıstan kəndi ərazisində 6 hektar biçilmiş əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub. S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.