RU

Bu il Azərbaycana 63 mindən çox avtomobil idxal edilib

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 170 milyon 990 min ABŞ dolları dəyərində 63 401 ədəd avtomobil idxal olunub. AYNA.AZ xəbər verir ki, bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 23.9% və ya 12 222 ədəd, dəyəri isə 24.1% və ya 227.1 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 943 milyon 791 min ABŞ dolları dəyərində 51 179 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 1180 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% azdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
81
25
ayna.az

10Источники