Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 64 yaşlı İlham Quliyev və 33 yaşlı İlkin Bağıyev saxlanılıblar. Onların avtomobilinə baxış zamanı 18 büküm ümumi çəkisi 11 kiloqram 465 qram olan marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir narkokuryer-əvvəllər məhkum olunmuş 36 yaşlı Rizvan Abıyev də saxlanılıb. Ondan isə 5 kiloqram 376 qram marixuana, 3 kiloqram 200 qram tiryək və narkotiklərin onlayn satışında istifadə etdiyi bank kartları aşkarlanıb.
Saxlanılan şəxslərin hər birinin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdikləri və ölkə ərazisində narkokuryerliyə cəlb edildikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı ümümilikdə 27 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
10Источники
-
hit.azYasamalda ikinci əməliyyat - Həmin qardaşlarla əlbir olanlar da tutuldu ( 20459331)
-
metbuat.azBakıda əməliyyat keçirildi - ( 20457534)
-
metbuat.azBu rayonda əməliyyat keçirildi - ( 20457468)
-
onn.azBakıda əməliyyat keçirildi- Saxlanılan var ( 20456619)
-
far.azYasamalda narkokuryerlər saxlanıldılar: 27 kq narkotik vasitə aşkarlandı ( 20455746)
-
demokrat.azYasamalda ikinci əməliyyat — Həmin qardaşlarla əlbir olanlar da tutuldu (VİDEO) ( 20455383)
-
operativmm.azPolis Göyçayda əməliyyat keçirib ( 20455230)
-
moderator.azPolis əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO ( 20455164)
-
icma.azGöyçayda narkotik satışı ilə bağlı 2 nəfər tutulub ( 20455140)
-
icma.azYasamalda narkokuryerlərdən 27 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb ( 20455098)