ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropanın məşhur turizm bölgəsi Kataloniyada quduzluq təhlükəsi yaranıb. Belə ki, ərazidə heyvan hücumlarının 21 faizinin bu xəstəliyi yoluxdurma riski daşıdığı açıqlanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər xüsusilə yarasaların quduzluğun əsas daşıyıcısı olduğunu bildirib və insanlara onlarla təmasdan çəkinməyi tövsiyə edib.
2025-ci ilin yanvar-iyul aylarında bölgədə 88 heyvan hücumu qeydə alınıb. Onların 22-si yarasa hücumu olub.
Statistikaya görə, bu il quduzluq şübhəsi ilə tibbi müdaxilə tələb edənlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Müraciət edənlərin 63 faizinə quduzluq peyvəndi vurulub. Ən çox heyvan dişləməsi və hücumu yay aylarında, turist səfərləri zamanı baş verib. Mütəxəssislər bölgəyə istirahətə gələn turistlər üçün də riskin artdığını bildirib.
Xeyrənsə Piriyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.