RU

Azərbaycan-Rusiya gərginliyi davam edəcəkmi? Ekspert cavablandırır

Azərbaycanla Rusiya arasında yaranan diplomatik gərginlik regionun siyasi balansına da təsir göstərir. Moskva ilə münasibətlərdə yaranmış bu böhran həm iqtisadi, həm də geosiyasi baxımdan suallar doğurur.

Azərbaycanın Rusiya ilə diplomatik münasibətlərində yaşanan gərginliyin əsas səbəbləri nədir?

Regionda ABŞ və Avropa İttifaqının artan fəallığı fonunda Azərbaycan-Rusiya münasibətlərinin gedişatı necə dəyişə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi-jurnalist Cavanşir Abbaslı bildirib ki, təbii ki, Rusiya ilə Azərbaycan arasındakı gərginlik regiona, xüsusən də Cənubi Qafqazdakı ölkələr arasındakı münasibətlər sisteminə ciddi təsir edir.

C. Abbaslının sözlərinə görə, onsuz da 3 Cənubi Qafqaz ölkəsinin Rusiya ilə münasibətləri ortadadır. Ermənistan Rusiyanın forpostu olmağa davam edir. Paşinyanın hakimiyyətə gəlməsindən sonra bundan qurtulmağa çalışsa da mümkünsüzdür.

Siyasətçi qeyd edib ki, bir ölkənin qoşunları digər ölkənin ərazisindədirsə, onun demək ki, əsarətindən qurtula bilməyib. Sadəcə olaraq müstəqilliyi kağız üzərində qalıb. Rusiyanın 102-ci hərbi bazası Gümrüdə fəaliyyətini davam etdirir. Gürcüstanla da münasibətlər ortadadır. Gürcüstan son dövrlərdə balanslı siyasət istiqamətinə qədəm qoyub. Doğrudur, orada Rusiyaya meylli şəxslər hakimiyyətin başında təmsil olunurlar. Amma Avropayönümlü siyasət də tam olaraq bitirilməyib.

Siyasətçi Azərbaycanla-Rusiya məsələsinə toxunduqda isə bildirib ki, gərginliyin səbəblərini hər kəs görür və güzgü kimi aydındır. Rusiya xəyallarından əl çəkməyib. Azərbaycanı keçmişdəki kimi düşünür. Özünü elə hesab edir ki, imperiya dövlətidir. Ümumiyyətlə, Cənubi Qafqaz dövlətləri, regiondakı digər dövlətlər ortadadır. Yəni, bunun əsarəti və diktəsi altında olmalıdır. Azərbaycan da bu cür davranışları haqq etmir. Azərbaycan daim balanslı siyasətə üstünlük verib. Heç zaman nəinki Rusiyanın, hətta digər ölkələrin də arxasından zərbə vurmayıb, ikibaşlı oyun oynamayıb. Rusiya ilə strateji müttəfiqliyə daim sadiq qalıb. Rusiyanın etibarlı tərəfdaşlarından biri sayılır. Sadəcə, təəssüflər olsun ki, Kreml hələ də bunu tam olaraq başa düşə bilmir. İstənilən halda, bu gərgin münasitlər çox davam edə bilməz. Çünki bu iki xalqın bir-birinə böyük ehtiyacları var. Xüsusilə də Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Eləcə də ruslarla azərbaycanlılar arasındakı münasibətlərin hansı dərəcədə olduğu ortadadır. ABŞ və Aİ-nin bölgəyə gəlişi nəinki Azərbaycanın, Rusiyanın, Türkiyənin ümumiyyətlə region dövlətlərinin heç birinin ürəyincə deyil. Bəlkə də düşünə bilərsiniz, Ermənistan istisna olmaqla, amma baxanda heç Ermənistanın da ürəyincə deyil. Sadəcə Ermənistan müstəqil siyasət yeritməyə qədəm qoymaq istəyir. Rusiyanın forpostundan azad olmaq istəyir. Burada da yeganə nicat yolu kimi Amerika başda olmaqla, Qərb dünyasını görür. Paşinyanı da hakimiyyətə hansı qüvvələrin gətirdiyi ortadadır. Bunun üçün Ermənistanın da xarici siyasətini başa düşmək olar. ABŞ və Aİ-nin Cənubi Qafqaza gəlişi Rusiya ilə gərginlik yaradacaqsa da bu formada davam edəcək və yaxın münasibətlər də olacaqsa, elə bu formada irəliləyəcək.

Dəniz Pənahova

Избранный
62
50
tribunainfo.az

10Источники