RU

Məşhur su brendində mikroplastikləraşkar edildi


Fransada aparılan yoxlamalar zamanı tanınmış su brendinin məhsullarında yüksək miqdarda mikroplastik aşkar edilib.

Medicina.az xəbər verir ki, Fransada aparılan yoxlamalardan sonra dünya şöhrətli su markası Nestlé Waters tərəfindən istehsal edilən qablaşdırılmış sularda yüksək miqdarda mikroplastik aşkar edilib.

Şirkətə qarşı açılan iddiada deyilir ki, araşdırmalar zamanı aşkar edilən mikroplastik miqdarı göllərdə və çaylarda tapılanlardan daha yüksəkdir.

Laboratoriya analizlərinə görə, Contrex suyunda litr başına 515, Hepar suyunda isə 2096 mikroplastik hissəcik aşkar edilib.



Bu araşdırma ictimai müzakirələrə səbəb olub. Nestlé Waters-a qarşı hüquqi tədbirlər görüləcək. 24-28 noyabr 2025-ci il tarixlərində Fransanın Epinal şəhərində baxılacaq işdə şirkət ətraf mühitə və əhalinin sağlamlığına təhlükə yaratmaqda ittiham olunacaq.

Şirkət ittihamları qəti şəkildə rədd edir. Nestlé Waters bildirir ki, müstəqil laboratoriyalar tərəfindən aparılan sınaqlar heç bir mikroplastik çirklənmə aşkar etməyib. Həmçinin uzun müddətdir ki, su ehtiyatlarının mühafizəsi istiqamətində geniş iş apardığını bildirir.

Aygün
Medicina.az

Избранный
4
32
medicina.az

10Источники