RU

Donald Trampın reytinqi artıb

AzVision.az xəbər verir ki, “Insider Advantage” mərkəzinin avqustun 15-dən 17-dək apardığı sorğunun nəticələrinə əsasən, Amerika prezidentinə dəstək səviyyəsi 54%-ə çatıb.

Eyni zamanda respondentlərin 44%-i onun fəaliyyətinin əleyhinə çıxıb, daha 2%-i cavab verməkdə çətinlik çəkib.

Sosioloqlar qeyd edirlər ki, dəstəkdə xüsusilə nəzərəçarpacaq artım afroamerikalılar və Latın Amerikasından olanlar arasında nəzərə çarpır. Ağdərili əhali arasında isə Trampın reytinqi rekord həddə - 64%-ə yaxınlaşıb. Tədqiqatın səhv marjası 3,09 faiz təşkil edib.

Müqayisə üçün qeyd edək ki, iyul ayında “YouGov” sorğusu çox daha aşağı rəqəmlər göstərib, amerikalıların yalnız 41%-i Trampın fəaliyyətini bəyənib, təxminən 55%-i isə buna qarşı çıxıb.

Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı hərbi bazada görüşüblər. Görüş üç saata yaxın davam edib. Danışıqlardan sonra mətbuata verdiyi açıqlamada Putin Ukrayna ilə müharibənin həllinin sammitin əsas mövzusu olduğunu bildirib.

ABŞ prezidenti, öz növbəsində, danışıqlarda irəliləyişlərin əldə edildiyini açıqlsa da, tərəflərin bütün məsələlərdə razılığa gələ bilmədiklərini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
82
50
azvision.az

10Источники