RU

Şəhid anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Dəyanət Əliyevin anası vəfat edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, şəhid anası Tahirə Əliyeva xəstəlik səbəbindən dünyasını dəyişib.

Mərhum Ağcabədi rayonunda dəfn olunub.

Qeyd edək ki, Dəyanət Əliyev  2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra"Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və III dərəcəli “Vətənə xidmətə görə”medalları ilə təltif edilib.

“Cebheinfo.az” 

Избранный
67
27
cebheinfo.az

10Источники