RU

Azərbaycanın ən çox ticarət reallaşdırdığı ölkələr məlum oldu - TOP 5

BAKI, 17 iyul. TELEQRAF

2025-ci ilin ilk 7 ayında Azərbaycanın ticarət dövriyyəsi üzrə ilk beşlikdə olan ölkələr açıqlanıb.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkənin ticarət dövriyyəsinin 26%-i İtaliya ilə aparılıb. Ticarət əməliyyatları 7 milyard 498 milyon 633.75 min dollar təşkil edib.

Xarici ticarət əməliyyatlarında Türkiyə 3 milyard 384 milyon 15.66 min dollar və 11.73%-lik pay ilə ikinci sırada qərarlaşıb.

Rusiya ilə aparılmış ticarət əməliyyatları 3 milyard 69 milyon 725.12 min dollar dəyərində olub. Rusiya ilə ticarət ümumi dövriyyənin 10.64%-ni təşkil edib.

Çin 2 milyard 502 milyon 655.22 min dollar və ya 8.68%-lik pay ilə Azərbaycanın ümumi ticarət dövriyyəsində dördüncü, Almaniya isə 888 milyon 605.22 min dollar və ya 3.08%-lik pay ilə beşinci sırada yer alıb.

Избранный
49
50
teleqraf.com

10Источники