RU

İspaniyada 2 405 nəfər isti hava səbəbindən vəfat etdi

İspaniyada 2 405 nəfər isti hava səbəbindən vəfat etdi

İspaniyada həddindən artıq isti hava nəticəsində 2 405 nəfərin həyatını itirdiyi bildirilib.

İspaniyanın Günlük Ölüm İzləmə Sistemi (MoMo) məlumatlarına görə, bu yay 16 avqust tarixinə qədər isti hava ilə bağlı ölüm sayı artıq ötən ilin səviyyəsini keçib.

Statistikaya əsasən, 2024-cü ilin 15 may–30 sentyabr tarixləri arasında İspaniyada 2 012 nəfər həddindən artıq isti hava səbəbindən həyatını itirərkən, bu yay 16 avqust tarixinə qədər bu rəqəm 2 405-ə çatıb. Yalnız avqust ayının ilk iki həftəsində 931 nəfər həddindən artıq isti hava səbəbindən ölüb.

İspaniyada 2023-cü ilin yayında 3 007, 2022-ci ilin yayında isə (böyük meşə yanğınları və tez-tez baş verən həddindən artıq isti hava dalğaları ilə) 4 789 nəfər həyatını itirmişdi.

Son iki həftədir ölkədə bu yay ikinci böyük isti hava dalğası müşahidə olunur. İspaniyanın Dövlət Meteorologiya İnstitutu (AEMET) məlumatına görə, 16 avqustda ölkədə 224 ölçü stansiyasında temperatur 40 dərəcədən yuxarı olub.

AEMET bildirir ki, 16 avqustda termometrlərin 6 yerdə 44 dərəcədən yüksək göstərdiyi, ölkənin cənubundakı Kurtuba şəhərində isə 44,7 dərəcə qeydə alındığı bildirilib.

İspaniyada böyük meşə yanğınlarına səbəb olan həddindən artıq isti hava dalğasının bu həftəsonu ölkəni tərk etməsi gözlənilir.

Избранный
3
27
afn.az

10Источники