RU

Mütəllim Rəhimli: Etimad İsmayılovun qatilinin azadlığa çıxmasından xəbərsizik

BAKI, 18 avqust. TELEQRAF

"Etimad İsmayılovun qatili Gözəl Dəmirovun azadlığa çıxması ilə bağlı xəbəri mətbuatdan eşitmişik. Bununla bağlı bizdə əlavə məlumat yoxdur. Deyilənə görə qatil onkoloji xəstəlik bəhanəsı ilə azadlığa buraxılıb. Amma sonradan ölkəni tərk edib".

Bu sözləri Teleqraf-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib.

Partiya sədri bununla bağlı mərhum Etimad İsmayılovun hazırda Türkiyədə yaşayan həyat yoldaşı Sevil Nuriyeva ilə də danışmadığını bildirib.

Xatırladaq ki, 2018-ci ildə Türkiyədə qətlə yetirilmiş Etimad İsmayılov Ədalət Partiyasının sabiq sədri, mərhum İlyas İsmayılovun oğludur.

Избранный
40
6
teleqraf.com

10Источники